Əsas Səhifə > İdman > Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb
Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb17-12-2018, 15:47 |
![]() Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. Rubrika.Az-ın "Report"a istinadən məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunmuş mərasimdə cütlərin tərkibi müəyyənləşib. "Şalke" (Almaniya) - "Mançester Siti" (İngiltərə) "Atletiko" (Madrid, İspaniya) - "Yuventus" (İtaliya) "Mançester Yunayted" (İngiltərə) - PSJ (Fransa) "Tottenhem" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya) "Lion" (Fransa) - "Barselona" (İspaniya) "Roma" (İtaliya) - "Portu" (Portuqaliya) "Ayaks" (Hollandiya) - "Real Madrid" (İspaniya) "Liverpul" (İngiltərə) - "Bavariya" (Almaniya) Qeyd edək ki, ilk oyunlar 12-13, 19-20 fevralda adları birinci göstərilən komandaların meydanlarında, cavab görüşləri 5-6 və 12-13 martda təşkil olunacaq. Rubrika.Az Geri qayıt |