Əsas Səhifə > Hadisə > Azərbaycanda qanunsuz lotereya təşkil edən şirkət 8 min manat cərimə edilib
Azərbaycanda qanunsuz lotereya təşkil edən şirkət 8 min manat cərimə edilib17-12-2018, 19:36 |
![]() Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) qanunsuz lotereya təşkil edən “F Telecom” MMC-ni 8 min manat cərimələtdirib. Rubrika.Az “Report”a istinaden məlumatına görə, bu barədə Palatanın vətəndaş Fuad Salmanlının müraciətinə cavab məktubunda bildirilir. Məlumata görə, “F Telekom” tənzimləyici qurumdan icazə almadan "Bakcell" və "Azerfon" MMC-lərlə birlkdə “Gizli rəqəm” adlı stimullaşdırıcı lotereya keçirib. MBNP-nin məsələyə müdaxiləsindən sonra lotereya dayandırılıb və Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qərarı ilə “F Telekom” İnzibati Xətalar Məcəlləsinin 429.3-cü maddəsi ilə təqsirli bilinib və 8 min manat cərimə edilib. Qeyd edək ki, vətəndaş MBNP-yə bu il oktyabrın 17-də müraciət edib və son 4 ay ərzində mobil hesabından 16 manat çıxıldığı barədə şikayət edib. Amma qanunsuz lotereya barədə Palatanın əməkdaşları əvvəlcədən məlumatlı olub və sentyabrın 17-də məhkəməyə müraciət edib. Rubrika.Az Geri qayıt |