Əsas Səhifə > Hadisə > Ərdoğan: “Bizi bir-birimizə qırdırmaq üçün...”

Ərdoğan: “Bizi bir-birimizə qırdırmaq üçün...”


17-12-2018, 23:47
Ərdoğan: “Bizi bir-birimizə qırdırmaq üçün...”

“Məzhəb üzərindən bizi bir-birimizə qırdırmaq üçün biriləri şeytani oyunlarını davam etdirmək istəyirlər. İnsanı insanın canavarı olaraq görən anlayış təəssüf ki, bəşəriyyətin həm bu gününü, həm də gələcəyini təhdid edir”.Rubrika.Az Modern.az-a istinaden xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konya səfərində Həzrəti Mövlanənin 745-ci ildönümü ilə bağlı keçirilən Şəb-i Arus mərasimində bildirib.


R. Ərdoğan qeyd edib ki, İslam dünyası bu çətin dövrdə Həzrəti Pirin tövsiyələrinə daha çox ehtiyac duyur: “Mövlanənin doktrinasının mahiyyəti əşyaya təslim olmamaq, insanı ucaltmaq, münaqişəni deyil, həmrəyliyi əsas götürməkdir. Onun tövsiyəsinin əsası çoxluqla vəhdətdir, yəni çoxluqda birlik təşkil etməkdir".


Rubrika.Az
Geri qayıt