Əsas Səhifə > Hadisə > Türkiyədə 180 hərbçi həbs edildi

Türkiyədə 180 hərbçi həbs edildi


18-12-2018, 11:50
Türkiyədə 180 hərbçi həbs edildi

Türkiyənin İstanbul şəhərində FETÖ terror təşkilatı ilə mübarizə çərçivəsində saxlanılmış 219 hərbçinin 180 nəfəri həbs edilib.

Rubrika.Az-ın Trend-ə istinadən məlumatına görə, 219 hərbçinin saxlanıldığı əməliyyat dekabrın 14-də İstanbulda keçirilib. Bildirilir ki, həbs edilən 180 hərbçinin arasında 85-i zabitdir.

Məlumata əsasən, həbs edilən hərbçilər FETÖ təşkilatı ilə sıx əlaqədə olub. Onların terror təşkilatının digər üzvlərinə hərbi hissələr barədə məlumatları ötürdükləri deyilir.

Rubrika.Az
Geri qayıt