Əsas Səhifə > Hadisə > Gülənin qardaşı oğluna 7,5 il müddətinə həbs cəzası verildi

Gülənin qardaşı oğluna 7,5 il müddətinə həbs cəzası verildi


18-12-2018, 20:35
Gülənin qardaşı oğluna 7,5 il müddətinə həbs cəzası verildi

Türkiyədə Fətullah Gülənin qardaşı oğlu Salman Gülən 7,5 il müddətinə azadlıqdan məhrum edilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Salman Gülən “silahlı terrorçu qruplaşmaya üzv olmaqda” təqsirli bilinib.

Xatırladaq ki, Salman Gülən 2017-ci ilin dekabr ayında FETÖ qruplaşmasına qarşı keçirilən əməliyyat zamanı saxlanılıb. Həmin ilin fevral ayında Manisa əyalətində Gülənin digər qardaşı oğlu həbs olunmuşdu. 2016-cı ilin oktyabr ayında isə Gülənin qardaşı Kütbettin Gülən polis nəzarətinə götürülüb.

Türkiyə hakimiyyəti Gülənin FETÖ qruplaşmasını 2016-cı ilin iyul ayında hərbi çevrilişə cəhddə ittiham edir.

Rubrika.Az
Geri qayıt