Əsas Səhifə > Hadisə > Azərbaycanın dərmana xərclədiyi pul artıb
Azərbaycanın dərmana xərclədiyi pul artıb18-12-2018, 20:38 |
![]() 2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 15 min 451 ton əczaçılıq məhsulları idxal olunub. Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, bunun üçün Azərbaycan xarici dərman şirkətlərinə 266 mln. 826,67 min dollar ödəyib. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, dava-dərmanın idxalda xüsusi çəkisi 2.59% təşkil edir. Qeyd edək ki, 2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 228 mln. 328,55 min dollar dəyərində 14 min 259,35 ton əczaçılıq məhsulu gətirlmişdi. Beləliklə, 2018-ci ilin ötən on bir ayında bu məhsulların ölkəyə idxalına çəkilən xərc 16,8% artıb. Rubrika.Az Geri qayıt |