Əsas Səhifə > Hadisə > Kürdəmirdə minik və yük maşınları toqquşub, xəsarət alan var

Kürdəmirdə minik və yük maşınları toqquşub, xəsarət alan var


18-12-2018, 22:05
Kürdəmirdə minik və yük maşınları toqquşub, xəsarət alan var

Kürdəmir rayonunda yol qəzası baş verib.

Rubrika.Az "Report"un Mərkəzi Aran bürosu-na istinaden məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonunun Karrar qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Əhliman Ənvər oğlu Ömərovun idarə etdiyi "VAZ-21214" markalı minik avtomobili "İsuzu" markalı yük maşınına çırpılıb. Nəticədə Ə.Ömərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Rubrika.Az
Geri qayıt