Əsas Səhifə > Hadisə > Şərqi Azərbaycanda və Ərdəbildə neft aşkar edildi
Şərqi Azərbaycanda və Ərdəbildə neft aşkar edildi19-12-2018, 07:43 |
|
İranda 40-a yaxın yeni neft-qaz yatağı aşkar edilib. Rubrika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə İran Milli Neft Şirkətinin Yataqların Kəşfiyyatı Departamentinin rəhbəri Salef Hendi məlumat verib. O, yaxın vaxtda yataqların mənimsənilməsinə başlanacağını deyib: "İlkin araşdırmaya əsasən, neft və qaz yataqlarının Şərqi Azərbaycanın Bostanabad və Miyanə rayonlarında da tapılma ehtimalı var. Sözügedən rayonlarda tezliklə tədqiqatlara başlayacağıq. Bununla yanaşı, Ərdəbil əyalətində Moqan perspektivli rayonu aşkar olunub və orada karbohidrogenin sınaq hasilatı həyata keçirilir". Rubrika.az Geri qayıt |