Əsas Səhifə > Hadisə > Braziliyada yanğın nəticəsində 600-ə yaxın ev məhv olub

Braziliyada yanğın nəticəsində 600-ə yaxın ev məhv olub


19-12-2018, 07:52
Braziliyada yanğın nəticəsində 600-ə yaxın ev məhv olub

Braziliyanın Manaus şəhərində yanğın nəticəsində 600-ə yaxın ev məhv olub.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Amazonas ştatının xilasetmə xidməti məlumat yayıb.

"Globo" portalının məlumatına görə, yanğın nəticəsində 4 nəfər xəsarət alıb, ölənlər barədə məlumat yoxdur.

Yanğın bazar ertəsi taxta evlərdən başlayıb, sonradan isə daş evlərə keçib.

Rubrika.Az
Geri qayıt