Əsas Səhifə > Din > Şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi davam edir - YENİ SİYAHI

Şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi davam edir - YENİ SİYAHI


19-12-2018, 15:25
Şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi davam edir - YENİ SİYAHI

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 19 aprel tarixli 1 nömrəli fərmanına əsasən qeyd olunan şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi prosesi davam edir.

Rubrika.az-ın Trend-ə istinadən məlumatına görə, daha 304 vərəsəyə birdəfəlik ödəmə verilib.

Dövlət başçısının növbəti mühüm humanist təşəbbüsü kimi şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Vətənin müdafiəsi uğrunda şəhid olmuş qəhrəman Azərbaycan övladlarının ailə üzvlərinin rifahının yaxşılaşdırılması, sosial ədalətin təminatı istiqamətində daha bir əhəmiyyətli addım kimi ümumən ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.

Fərmanın icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Komissiya yaradılıb. Birdəfəlik ödəmənin verilməsi prosesinin tam şəffaf, qanunauyğun və vətəndaş məmnunluğuna səbəb ola bilən səviyyədə təşkil olunması, ödəmənin alınması üçün vərəsələrdən sənədlərin “bir pəncərə” əsasında və sadə prosedurla qəbulunu və s. nəzərdə tutan Qaydalar hazırlanaraq təsdiq edilib. Qaydalara görə, ödənişi həyata keçirəcək orqanla bu ödəməni alacaq vətəndaş arasında təmas sıfıra endirilir ki, bu da prosesin şəffaflığı üçün vacib məqamdır.

Siyahılara əsasən vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ olan şəhid hərbi qulluqçuların sayı 9531 nəfərdir.

18.12. 2018-ci il tarixinə 2897 şəhid üzrə 3856 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərarlar qəbul edilib və həmin qərarlar əsasında onlara ödəniş həyata keçirilir.

Vəsait vərəsələrin bank hesablarına köçürülür və bu barədə vərəsəyə SMS vasitəsilə məlumat göndərilir.

Birdəfəlik ödəmənin verilməsindən ötrü 2018-ci il üçün 58 mln., 2019-cu il üçün 50 mln. manat ayrılıb.

Rubrika.az
Geri qayıt