Əsas Səhifə > Hadisə > Prezident “Azərsu”ya 23 milyon manat ayırdı
Prezident “Azərsu”ya 23 milyon manat ayırdı19-12-2018, 19:19 |
|
Prezident İlham Əliyev dekabrın 19-da “Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin 23 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb. Rubrika.Az Geri qayıt |