Əsas Səhifə > Hadisə > Böyük Britaniyanın neft şirkəti Azərbaycan bazarına çıxır

Böyük Britaniyanın neft şirkəti Azərbaycan bazarına çıxır


19-12-2018, 20:45
Böyük Britaniyanın neft şirkəti Azərbaycan bazarına çıxır

Böyük Britaniyanın “Harrington Petroleum Limited” neft şirkəti Azərbaycanda filialını açıb.


Modern.az bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinə istinadən məlumat verir.

Filial 2018-ci il oktyabrın 25-i Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi 60, mənzil 89 hüquqi ünvanında qeydiyyata alınıb.

Şirkətin rəsmi nümayəndəsi Hindistan vətəndaşı Oca Caykumarddır.

Qeyd edək ki, 1998-ci ildə yaradılmış “Harrington Petroleum Limited” şirkəti Yaxın Şərq, Uzaq Şərq və Türkiyədə bir neçə ofisə malikdir.


Rubrika.Az
Geri qayıt