Əsas Səhifə > Hadisə > Sürücülər köhnə yük avtomobillərinin qadağan edilməsindən narazıdır: “Yenisini almağa imkanımız yoxdur” VİDEO, FOTOLAR

Sürücülər köhnə yük avtomobillərinin qadağan edilməsindən narazıdır: “Yenisini almağa imkanımız yoxdur” VİDEO, FOTOLAR


19-12-2018, 21:32
Sürücülər köhnə yük avtomobillərinin qadağan edilməsindən narazıdır: “Yenisini almağa imkanımız yoxdur” VİDEO, FOTOLAR

Son günlər minik avtomobilləri ilə yükdaşıma fəaliyyəti göstərən və istismara yararsız nəqliyyat vasitələrini idarə edən sürücülər tərəfindən törədilən yol nəqliyyat hadisələri və digər xoşagəlməz hallar çoxalıb.

Geridə qoyduğumuz bir həftə ərzində bu cür nəqliyyat vasitələrini idarə edən onlarla sürücü barəsində inzibati protokol tərtib olunub. Bir neçə nəqliyyat vasitəsi istismara yararsız olduğu üçün cərimə meydançasına aparılıb.

Paytaxtın Nəsimi rayonunun Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində nasaz vəziyyətdə, yol hərəkətində istismarı mümkün olmayan "QAZ-31" markalı, "10-NR-899" dövlət nömrə nişanlı avtomobil yük daşıma qaydasını pozduğu və üstündə 12 metr uzunluğa malik tikinti materialı – armatur daşıdığı üçün yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

Bunun arından Baş Dövlət Yol Polisi İdarəsi bu cür nasaz nəqliyyat vasitələrinin sürücülərinə avtomobillərini saz vəziyyətə gətirməkləri ilə bağlı xəbərdarlıq edib. Onlara bildirilib ki, nasaz nəqliyyat vasitəsi idarə etməsinlər. Dəmirlərin və yüklərin daşınması yalnız yük avtomobilləri vasitəsilə həyata keçirilməlidir və avtomobilin yük yerində daşınmalıdır. Nəqliyyat vasitəsinin damında dəmir parçalarının daşınması da qadağandır.

Musavat.com olaraq paytaxt ərazisində yükdaşımada fəaliyyət göstərən sürücülərlə həmsöhbət olduq.

Bazarlarda, tikinti materiallarının satıldığı mağazaların qarşısında bu cür istismara yararsız olan avtomobillərə tez-tez rast gəlirik. Yükdaşıma xidməti göstərən sürücülər daha çox sovet istehsalı olan “VAZ” markalı avtomobillərə üstülük verirlər. Etiraf edək ki, həmin avtomobillərin bir çoxu artıq istismara yarasızdır və qəzalı vəziyyətdədir. Buna baxmayaraq, bu cür avtomobillər həm də bir ailənin qazanc yeridir. Bu səbəbdən də onların sıradan çıxarılması işsizliyə də yol aça bilər.

Məsələn, “Xalqlar dostluğu” körpüsünün yaxınlığında dayanan və yükdaşımadan istifadə edilən 80-ci illərin istehsalı olan “zil” maşınları demək olar ki, ömrünü başa vurub. Bir çoxunun yük yeri çürüyərək, sıradan çıxıb. Sürücülər isə deyirlər ki, bir əl qədər gəzdirdikdən sonra, saz vəziyyətdə olur və yükdaşımada heç bir problem yaşamadan istifadə edilə bilər.

Sürücülər dediyinə görə, sovet istehsalı olan yük maşınlarının ehtiyat hissələri digər maşınlarla müqayisədə dəfələrlə ucuz olduğu üçün onlara hələ də tələbat var. Yeni avtomobil almağa isə maddi imkanları çatmayan sürücülər elə bu maşınların sınığını, çürüyünü düzəldib birtəhər işləyirlər.

İstismara yararsız olan avtomobillərdən istifadəsinin qadağan olunması xəbəri onları da narahat edib. “8-ci kilometr bazarı”nın tikinti materialı satışı bölməsində şəxsi maşınları ilə yük daşımada çalışan sürücülərlə də həmsöhbət olduq. Burada da yükdaşımada əsasən köhnə avtomobillərdən istifadə edilir. Yükdaşımada “VAZ 2101”, VAZ 2104” avtomobilləri daha əlverşli hesab edilir.

Sürücülər özləri də minik avtomobilləri ilə normadan kənar ölçülərdə yüklərin daşınmasını və yuxarıda qeyd etdiyimiz hadisəni pislədilər: “İllərdir ki, burada yükdaşımada çalışırıq. Bərbad vəziyyətdə olan, dəmir və müxtəlif metal daşıyan avtomobilləri biz də görürük. Onların mərkəzi yollarda hərəkət etməsini doğru hesab etmirik. Son hadisədə sürücünün etdiyi hərəkət isə özbaşınalıqdır. Burada çox adamın maşını saz vəziyyətdə deyil. Ancaq bunu nəzərə alıb həddindən artıq yük vurmurlar. Bu cür məsuliyyətsiz sürücülərin ucbatıdan biz də diqqət mərkəzinə düşürük. Yeganə qazanc yerimiz budur. Gözümüzü bu köhnə avomobillərə dikmişik. İmkanımız da yoxdur ki, yeni maşın alaq”.

Daha ətraflı təqdim etdiyimiz videoreportajdan izləyə bilərsiniz.


Rubrika.Az

Geri qayıt