Əsas Səhifə > Hadisə > SOCAR və BP Türkiyədə yeni neft-kimya müəssisəsi yaradır
SOCAR və BP Türkiyədə yeni neft-kimya müəssisəsi yaradır20-12-2018, 18:19 |
![]() Şirkətlər arasında saziş imzalanıb Rubrika.Az Musavaat.com-a istinaden xeber verir ki, bu gün BP və “SOCAR-Türkiyə” Türkiyədə dünya miqyaslı neft-kimya kompleksinin tikilməsi və onun idarəçiliyinin həyata keçirilməsi üçün birgə müəssisə yaradılması planlarının dəyərləndirilməsinə dair saziş prinsiplərini imzalayıblar. BP şikətinin İctimaiyyətlə əlaqələr sektorundan Musavat-com-a bildirildiyinə görə, Türkiyənin qərbində, Əliağa bölgəsində tikiləcək müəssisədə ildə 1,25 milyon ton təmizlənmiş tereftal turşusu (PTA), 840 min ton paraksilol (PX) və 340 min ton benzol istehsalı nəzərdə tutulur: “PTA poliester istehsalında əsas xammaldır. Poliesterlərdən ərzaq və içki konteynerlərinin, qablaşdırma materiallarının, materiyaların, foto- və kinoplyonkaların, digər istehlak və sənaye əhəmiyyətli məhsulların istehsalında istifadə olunur”. Saziş prinsipləri imzalandıqdan sonra, BP və “SOCAR-Türkiyə” planlaşdırılan müəssisənin yanında yer alan və hər ikisi “SOCAR Türkiyə” şirkətinə məxsus olan STAR zavodunun və “Petkim” neft-kimya kompleksinin xammal tədarükünün inteqrasiyasına imkan verəcək müəssisənin layihəsi üzərində işləməyə başlayacaqlar. Kompleks “SOCAR-Türkiyə”nin Aliağadakı Xüsusi Sənaye Zonasında yerləşəcək. Bu yaxınlarda fəaliyyətə başlamış STAR neft emalı zavodu və “Petkim” neft-kimya kompleksi də həmin ərazidə yerləşir: “SOCAR obyektlərinə inteqrasiya və mövcud infrastruktur layihə xərclərinin azaldılmasına imkan verəcək. Kompleksdə BP-nin ən son sənaye texnologiyalarından istifadə olunacaq. Birgə müəssisə BP və SOCAR-ın regiondakı uzunmüddətli əlaqələri əsasında yaradılacaq”. “SOCAR-Türkiyə”nin direktorlar şurasının sədri Vaqif Əliyev bildirib ki, şirkət 2008-ci ildə “Petkim”i alaraq Türkiyə bazarına daxil olandan bəri STAR zavodu, TANAP, “Petlim” konteyner termnalı, “Petkim” külək enerjisi stansiyası kimi nəhəng layihələri reallaşdırıb: “SOCAR-Türkiyə”nin Aliağadakı bütün layihələrini əhatə edən ərazi Türkiyədə ilk Xüsusi Sənaye Zonası olub. SOCAR-ın digər müəssisələri tərəfindən təmin olunan xammal və infrastrukturun yaxında olması yeni müəssisənin rəqabət gücünə əhəmiyyətli töhfə verəcək. Egey dənizi sahillərində, dünya bazarının astanasında emal və neft-kimya kompleksini genişləndirməkdə məqsədimiz iki qardaş ölkənin – Türkiyə və Azərbaycanın iqtisadiyyatlarına töhfələrimizi davam etdirməkdir.” BP qlobal aromatik karbohidrogen bölməsinin baş icraçı direktoru Luis Sierra qeyd edib ki, lyihə irəliləyərsə, bu, Qərb yarımkürəsində ən böyük inteqrə olunmuş PTA, PX və aromatik karbohidrogen kompleksi və BP-nin 20 il əvvəl Çində açdığı Zhuhai müəssisəsindən sonra ilk ən böyük aromatik karbohidrogen platforması olacaq: “BP-nin ən son texnologiyaları və SOCAR-ın yeni emal zavodunun kombinasiyası Türkiyənin artmaqda olan poliester qablaşdrıma və tekstil sənayesinə xidmət edəcək görkəmli bir platformanın yaranmasına şərait yaradacaq. Biz yüksək rəqabət qabiliyyətinə malik obyektin tikilib istifadəyə verilməsində BP və SOCAR-ın potensialından istifadə etməyi planlaşdırırıq.” BP və SOCAR 2019-cu ildə yekun investisiya qərarını qəbul etməyi və 2023-cü ildə yeni zavodu istifadəyə verməyi düşünür. BP-nin ən son PTA texnologiyası digər PTA texnologiyaları ilə müqayisədə daha aşağı kapital və istismar xərclərinə malikdir. Bu texnologiya bazarda mövcud olan oxşar texnologiyalara nisbətən enerjiyə qənaət edir, daha az su işlədir və daha az bərk tullantı çıxarır. “Nəzərdə tutulan yeni investisiya həm SOCAR üçün, həm də Türkiyə üçün mühüm əhəmiyyət kəsb edir. Bu, Türkiyənin neft-kimya bazarında bizim payımızı artırmaqla yanaşı Türkiyəyə həmin məhsulların idxalını azaltmağa imkan verəcək və nəticədə xarici ticarət kəsiri azalacaq. Bizim Türkiyədəki bütün layihələrimiz bu məqsədlə planlaşdırılmışdır”, - “SOCAR Türkiyə”nin baş icraçı direktoru Zaur Qəhrəmanov deyib. BP Turkey-nin prezidenti Mik Stamp isə bildirib ki, bu potensial yeni bribaşa investisiya şirkətin Türkiyənin neft-kimya sənayesində ilk pay investisyadır: “BP 100 ildən çoxdur ki Türkiyədə fəaliyyət göstərir. Türkiyə Şərq və Qərb, istehsalçı və istehlakçılar arasında körpü rolunu oynayır və onun sürətlə böyüyən iqtisadiyyatı cəlbedici investisiya imkanları təklif edir”. Qeyd edək ki, SOCAR-ın törəməsi olan “SOCAR TURKEY ENERJI A.Ş” (“SOCAR-Türkiyə”) Türkiyənin ən böyük beynəlxalq investorudur. Şirkət bu ölkədə həyata keçirilən enerji layihələrinə 14,2 milyard dollar sərmayə yatırıb. Rubrika.Az Geri qayıt |