Əsas Səhifə > Hadisə > Lavrov: MDBMİ Bakı filialının açılması ilə bağlı iş aparılır
Lavrov: MDBMİ Bakı filialının açılması ilə bağlı iş aparılır20-12-2018, 20:07 |
|
Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) Bakıda və Daşkənddə filiallarının açılması istiqamətində iş aparır. Rubrika.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib. “MDBMİ xaricdə mövqelərini möhkəmləndirir. Azərbaycan və Özbəkistanla birgə MDBMİ filiallarının yaradılması ilə bağlı hazırlıq işi görür”, - deyə o vurğulayıb. Lavrov qeyd edib ki, hazırda ali təhsil ocağının nizamnaməsinə Azərbaycan və Özbəkistanda filialların açılması üçün müvafiq dəyişikliklər edilir. O bildirib ki, bu addım MDB məkanında Rusiya humanitar mövcudluğunun genişləndirilməsinə xidmət edəcək. Rubrika.Az Geri qayıt |