Əsas Səhifə > Hadisə > Ermənilər ABŞ-ın yeni səfirinin onları Rusiyanın təsirindən qurtaracağına ümid edirlər
Ermənilər ABŞ-ın yeni səfirinin onları Rusiyanın təsirindən qurtaracağına ümid edirlər20-12-2018, 20:20 |
![]() Xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Tramp Linn Treysini Ermənistana yeni səfiri təyin edib. Səfir olana qədər o, Dövlət Departamentində dövlət katibinin baş müşavir vəzifəsində çalışıb. Bundan öncə isə xanım Treysi ABŞ-ın Rusiya, Tacikistan və Qazaxıstandakı səfirinin müavini, həmçinin ABŞ dövlət katibinin Mərkəzi Asiya üzrə birinci köməkçisi olub. Ermənistanın beynəlxalq münasibətlər üzrə ekspertlərindən sayılan Suren Sərkisyan yerli mətbuata verdiyi müsahibədə ABŞ-ın bölgəni yaxşı tanıyan və postsovet məkanındakı siyasi prosesləri yaxşı bilən bir şəxsi səfir təyin etdiyini söyləyib. Onun fikrincə, hakimiyyət dəyişikliyini də nəzərə alaraq, yeni səfir Ermənistana yeni ideyalar və prioritetlərlə gəlir. Politoloq Robert Gevondyan isə ABŞ Dövlət Departamentinin parlament seçkiləri ilə bağlı verdiyi son bəyanatlara, daha doğrusu, rəsmi İrəvanın Qərbə yönəlik siyasətində balanslaşdırma ilə bağlı gözləntilərinə diqqəti çəkib. “Əbəttə, ABŞ-ın Dövlət Departamentində gözəl başa düşürlər ki, Ermənistanın xarici siyasəti Rusiya vektorundan çıxan deyil. Lakin onlar hər halda müəyyən tarazlığa doğru addım atılacağını gözləyirlər. Rusiyaya yaxşı tanış olan bir adam Ermənistanda öz missiyasını müvəffəqiyyətlə yerinə yetirə bilər”, - deyə Gevondyan bildirib.(Musavat.com) Rubrika.Az Geri qayıt |