Əsas Səhifə > Hadisə > Bakıda aptekə basqın edən şəxs məhkəmə qarşısında

Bakıda aptekə basqın edən şəxs məhkəmə qarşısında


20-12-2018, 23:13
Bakıda aptekə basqın edən şəxs məhkəmə qarşısında

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə aptekə basqın edib, qadını hədələyən Fuad Zeynallının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, hakim Əfqan Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı dekabrın 25-nə təyin edilib.

Qeyd edək ki, bu il iyulun 22-də saat 23:00 radələrində Nəsimi rayonu ərazisindəki apteklərin birində naməlum şəxsin satıcını bıçaqla hədələyərək kassa aparatından 900 manat pul aparması barədə DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub.

Məlumatla əlaqədar Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Şöbəsinin (PB) əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Gədəbəy rayon sakini, əvvəllər məhkum olunmuş Fuad Zeynallı olduğu müəyyən edilib. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.


Rubrika.Az
Geri qayıt