Əsas Səhifə > Hadisə > Dünya liderləri İlham Əliyevi təbrik edirlər - YENİLƏNİB
Dünya liderləri İlham Əliyevi təbrik edirlər - YENİLƏNİB21-12-2018, 18:15 |
|
Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Rubrika.Az Oxu.Az-a istinaden məlumatına görə, təbrik mətnində deyilir: “Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm və ən xoş arzularımı bildirirəm. Əsrlər boyu dilimizin və dinimizin, dəyərlərimizin, ənənələrimizin və mədəniyyətlərimizin ümumiliyi sayəsində birləşən xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə Sizin sanballı töhfənizi yüksək qiymətləndirirəm. Məmnuniyyətlə vurğulamaq istəyirəm ki, son illərdə Özbəkistanla Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığa, etimada və hörmətə əsaslanan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə ardıcıl olaraq inkişaf edir. Əminəm ki, qarşıdakı yüksək səviyyəli səfərlər mübadiləsi və səmərəli danışıqlar bizim əməkdaşlığı məzmunca zənginləşdirəcək və yüksək səviyyəyə çatdıracaq. Hörmətli İlham Heydər oğlu, icazə verin bu fərəhli gündə Sizə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, habelə ölkənizin firavanlığının və inkişafının təmin edilməsinə yönəlmiş fədakar və genişmiqyaslı fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzularımı bildirim”. 16:59 Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Oxu.Az-ın məlumatına görə, təbrik mətnində deyilir: “Zati-aliləri, hörmətli Prezidentimiz. Doğum gününüz münasibətilə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırıram. Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycanın rifahı naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm. Zati-alinizi doğum gününüz münasibətilə bir daha təbrik edir və ən dərin ehtiramlarımı çatdırıram”. 16:56 Almaniyanın “S.A.T. Security and Transport” şirkətinin rəhbəri Konrad Szorq Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Oxu.Az-ın məlumatına görə, təbrik mətnində deyilir: “Hörmətli cənab Prezident. Ad gününüz münasibətilə Sizi təbrik edirəm. Sizə, ailənizə, dostlarınıza möhkəm cansağlığı, xoşbəxtlik diləyirəm. Ötən illər ərzində etdiyimiz uğurlu əməkdaşlıqdan, Sizi və ailənizi tanımaq fürsətini əldə etməkdən böyük məmnuniyyət və şərəf duyuruq. Xahiş edirəm qarşıdan gələn Yeni il münasibətilə təbriklərimizi qəbul edin. Bu fürsətdən istifadə edərək, “S.A.T. Security and Transport” şirkətinin adından və şəxsən öz adımdan Sizə dövlət başçısı kimi ölkənizin gələcək mənafeyi və tərəqqisi naminə məsul vəzifənizin icrasında yeni-yeni uğurlar arzu edirəm”. 16:54 Rusiyanın Stavropol diyarının dördüncü çağırış Dumasının deputatı, “SRV” hüquq agentliyi” ASC-nin baş direktoru Roman Saviçev Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Oxu.Az-ın məlumatına görə, təbrik mətnində deyilir: “Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Hər bir insanın həyatında bu əlamətdar gün illər boyu qazanılmış müdrikliyin, peşəkarlığın, qiymətli biliklərin və əzmkarlığın, iş qabiliyyətinin və öz gücünə inamın təcəssümüdür. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, bütün niyyətlərinizi həyata keçirmək üçün tükənməz fiziki və mənəvi qüvvə arzu edirəm. Qoy bütün işləriniz uğurlu olsun, nikbinlik və xoş əhval-ruhiyyə Sizi heç vaxt tərk etməsin, hər yeni gün Sizə əmin-amanlıq, harmoniya və xoşbəxtlik bəxş etsin!” 16:50 Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Alimovdan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Oxu.Az-ın məlumatına görə, təbrik mətnində deyilir: “Möhtərəm İlham Heydər oğlu. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Bu gün Azərbaycan Sizin müdrik rəhbərliyinizlə cəmiyyətin həyatının bütün sahələrinin müasirləşdirilməsi yolunda ardıcıl və dinamik surətdə irəliləyir. Sizin zəngin siyasi təcrübəniz və yüksək peşəkarlığınız Azərbaycan xalqının rifahının yüksəldilməsi naminə mürəkkəb məsələləri qətiyyətlə və ardıcıl olaraq həll etməyə imkan verir. Sizin dünya miqyasında yeritdiyiniz uzaqgörən və praqmatik siyasətiniz, ölkənin milli mənafelərini qətiyyətlə qorumaq və müdafiə etməkdə xüsusi bacarığınız sayəsində Azərbaycan regional və beynəlxalq gündəlikdə olan ən mühüm məsələlərin həllində fəal rol oynayır. 2018-ci il dekabrın 31-də mənim Baş katib vəzifəsində səlahiyyət müddətim başa çatır. Bununla əlaqədar, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) işlərinə daimi və səmimi diqqətinizə görə Sizə ürəkdən minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətində iştirakı mühüm regional və beynəlxalq problemlər üzrə Bakı ilə ŞƏT arasında konstruktiv əməkdaşlığın təşəkkülü və inkişafı üçün geniş imkanlar açacaq. İcazə verin, fürsətdən istifadə edərək Sizə qarşıdan gələn yeni, 2019-cu il münasibətilə təbriklərimi, möhkəm cansağlığı və Azərbaycan Respublikasının rifahı naminə daha böyük nailiyyətlər arzularımı bildirim”. 14:44 Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Oxu.Az-ın məlumatına görə, təbrik mətnində deyilir: “Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Siz uğurlara imza atmış bir dövlət xadimi kimi Azərbaycan Respublikasında sabitliyin və firavanlığın qarantısınız. Sizin müdrikliyiniz, uzaqgörənliyiniz və geniş dünyagörüşünüz sayəsində bu gün Azərbaycan Respublikası dinamik inkişaf edən bir dövlətdir. Əminəm ki, Rusiya Federasiyasının Dağıstan Respublikası ilə Azərbaycan Respublikası arasında çoxəsrlik dostluq tellərinə və qarşılıqlı hörmətə əsaslanan səmimi və mehriban qonşuluq münasibətləri xalqlarımızın mənafeyi naminə bundan sonra da genişlənəcək. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq, Azərbaycan Respublikasının rifahı naminə qarşıya qoyduğunuz məqsədlərə nail olmaqda yeni uğurlar diləyirəm”. 14:35 Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Oxu.Az xəbər verir ki, məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Əminəm ki, Sizin ali dövləti fəaliyyət sahəsində çoxillik təcrübəniz, xalqınızın rifahının yaxşılaşdırılmasına yönəlmiş gərgin səyləriniz bundan sonra da Azərbaycanın firavanlaşmasına və davamlı inkişafına sanballı töhfə verməkdə davam edəcək. İnanıram ki, Astana ilə Bakı arasında çoxəsrlik ənənəvi dostluq münasibətləri qardaşcasına strateji tərəfdaşlıq əsasında, habelə ölkələrimizin xalqlarının rifahı naminə bundan sonra da dinamik şəkildə inkişaf edəcək. Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, tükənməz enerji, məsul dövləti vəzifənizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm”. 20 dekabr, 17:46 Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. Oxu.Az-ın xəbərinə görə, təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Bu gün qardaş Azərbaycan Sizin müdrik rəhbərliyinizlə həyatın bütün sahələrində tərəqqi və inkişaf yolunda inamla irəliləyir. Ölkənin daxili və xarici siyasətindəki inamlı uğurlar Sizin adınızla ayrılmaz surətdə bağlıdır. Böyük məmnuniyyətlə vurğulamaq istəyirəm ki, hazırda Türkmənistan ilə Azərbaycan Respublikası arasında münasibətlər yeni məzmun kəsb etməkdədir. Bu yaxınlarda Sizin Türkmənistana rəsmi səfəriniz qardaş xalqlarımız arasında dostluq tellərinin möhkəmlənməsi, ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığının dərinləşməsi yolunda mühüm mərhələ oldu. Qəti əminəm ki, bizim birgə səylərimizlə Türkmənistan-Azərbaycan qarşılıqlı əlaqələri xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcəkdir. Bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, habelə qardaş Azərbaycan Respublikası xalqının rifahı naminə bütün təşəbbüslərinizdə və səylərinizdə yeni uğurlar arzulayıram”. 17:27 Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Oxu.Az-ın xəbərinə görə, təbrik mətnində deyilir: “Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Son illər ərzində Çin-Azərbaycan münasibətləri dinamik inkişaf tendensiyasını qoruyub saxlayır. İki ölkə arasında əlaqələr bütün sahələrdə inkişaf edir, “Bir kəmər – bir yol”un birgə inşası çərçivəsində əməkdaşlıq müvəffəqiyyətlə davam edir. Mən Çin-Azərbaycan münasibətlərinə böyük diqqət yetirirəm. Ölkələrimiz və xalqlarımız naminə Çin-Azərbaycan dostluq, əməkdaşlıq münasibətlərində yeni-yeni uğurlar əldə edilməsi üçün Sizinlə birgə səylərimi davam etdirməyə hazıram. Sizə möhkəm cansağlığı arzulayıram”. 17:19 Ukrayna prezidenti Petro Poroşenko Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə doğum günü münasibəti ilə təbrik məktubu ünvanlayıb. Oxu.Az-ın xəbərinə görə, təbrik mətnində deyilir: “Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Uzaqgörən siyasətiniz və həyata keçirdiyiniz mühüm işlər sayəsində Azərbaycan qlobal miqyasda milli maraqlarını müdafiə edərək güclü regional liderə çevrilmiş, beynəlxalq arenada önəmli yer tutmuşdur. Qeyd etmək istərdim ki, Azərbaycan Ukrayna üçün etibarlı strateji tərəfdaş olaraq qalır. Əminəm ki, Ukrayna-Azərbaycan əməkdaşlığı gələcəkdə də yüksək dinamikası, eləcə də dövlətlərimiz və xalqlarımız arasında qarşılıqlı əlaqələrin dərinləşməsi ilə xarakterizə ediləcəkdir. İnanıram ki, iki ölkənin çoxtərəfli təşəbbüs və layihələr çərçivəsində səylərinin birləşdirilməsi Ukraynanın və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün bərpasına təsir edəcəkdir. Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm”. Rubrika.Az Geri qayıt |