Əsas Səhifə > Hadisə > Türkiyədə azyaşlı məhkumlar arasında dava olub: 21 nəfər yaralanıb

Türkiyədə azyaşlı məhkumlar arasında dava olub: 21 nəfər yaralanıb


22-12-2018, 16:35
Türkiyədə azyaşlı məhkumlar arasında dava olub: 21 nəfər yaralanıb

Ankarada yerləşən “Sincan” Qapalı Uşaq İslah Müəssisəsində cəza çəkən azyaşlı məhkumlar arasında dava baş verib.

Rubrika.Az AZƏRTAC-a istinadla xəbər verir ki, həbsxana əməkdaşlarının müdaxiləsi ilə davanın kütləvi xarakter almasının qarşısı alınıb. Təhlükəsizliyi təmin etmək üçün hadisə yerinə əlavə qüvvə cəlb olunub. Hələlik səbəbi açıqlanmayan dava zamanı 7-si cəza çəkən uşaq olmaqla, 21 nəfərin yaralandığı bildirilir. Baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb.

Rubrika.Az
Geri qayıt