Əsas Səhifə > Manşet > TƏBRİK EDİRİK, CƏNAB PREZİDENT!

TƏBRİK EDİRİK, CƏNAB PREZİDENT!


24-12-2018, 00:15
TƏBRİK EDİRİK, CƏNAB PREZİDENT!

Bu gün, dekabrın 24-ü Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının doğum günüdür. Bu münasibətlə region və dünya dövlətləri başçılarının cənab prezidentə ünvanladığı təbrik məktubları bir-birini əvəz edir. Ölkənin bütün istiqamətlərdəki uğurlarının müasir memarı olaraq İlham Əliyevin mətbuatın inkişafına göstərdiyi diqqət və qayğını hər zaman hiss edən media təmsilçiləri olaraq biz də bu əlamətdar gündə xoş arzularımızı ifadə etməyi özümüzə borc bilirik.

Prezident İlham Əliyevin düşünülmüş uzaqgörən siyasəti nəticəsində bu gün azərbaycan Qafqazın ən sabit, dinamik inkişaf edən lider dövlətinə çevrilib. Hər sahədə olduğu kimi onun mətbuat və söz azadlığının qorunması, mətbuatın tam müstəqil və tərəfsiz fəaliyyətinə şərait yaratması biz jurnalistlər tərəfindən böyük məmnunluqla xatırlanır. Eyni zamanda mətbuat nümayəndələrinin maddi rifah halının yüksəlməsi, mərhələli şəkildə onların mənzil təminatının reallaşdırılması Prezident İlham Əliyevin sözün əsl mənasında mətbuatın dostu olduğunu təsdiqləyən çoxsaylı faktlardan bir neçəsidir.

Rubrika.az xəbər portalı olaraq ümüdvarıq ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan mediası bundan sonra da davamlı inkişaf yolunda inamla irəliləyəcək.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayır, doğum gününüzlə bağlı sizi ürəkdən təbrik edirik.

Hörmətlə, Rubrika.az saytının yaradıcı kollektivi
Geri qayıt