Əsas Səhifə > Hadisə > Bakıda 18 yaşlı gənc qətlə yetirildi
Bakıda 18 yaşlı gənc qətlə yetirildi24-12-2018, 10:38 |
|
Bakıda qətl hadisəsi baş verib. Rubrika.Az-in Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib. Rayonun Atatürk prospekti, ev 2a-nın qarşısında Ağstafa rayonunun Dağ Kəsəmənli sakinləri, 2000-ci il təvəllüdlü Murğuzov Rauf İlqar oğlu həmkəndlisi, 2000-ci il təvəllüdlü Xəlilov Elman Elyar oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə R.Murğuzov E.Xəlilovu bıçaqla qətlə yetirib. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Keçirilən istintaq əməliyyat təsbirləri nəticəsində R.Murğuzov saxlanılıb. Rubrika.Az Geri qayıt |