Əsas Səhifə > Mədəniyyət > Şahdağ Turizm Mərkəzinə rəhbərlik xarici vətəndaşa həvalə edilib

Şahdağ Turizm Mərkəzinə rəhbərlik xarici vətəndaşa həvalə edilib


24-12-2018, 11:25
Şahdağ Turizm Mərkəzinə rəhbərlik xarici vətəndaşa həvalə edilib

Dövlət Turizm Agentliyi yanında “Şahdağ Turizm Mərkəzi” QSC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.

Rubrika.az “Report”a istinadən xəbər verir ki, bu, Almaniya vətəndaşı Rodderix Mark Lefflerdir.

O, sədr vəzifəsində Rüstəm Nəcəfovu əvəz edib.

Yeni menecerin otel biznesində böyük təcrübəsinin olduğu, aparıcı beynəlxalq mehmanxana şəbəkələrində işlədiyi bildirilir.

Xatırladaq ki, “Şahdağ Turizm Mərkəzi” də zərərlə işləyən dövlət şirkətlərindəndir. Mərkəz 2017-ci ilin maliyyə hesabatını açıqlamasa da, 2016-cı ilin yekunda 5 mln. manatdan artıq yığılmış zərərə malik olub.

Rubrika.az
Geri qayıt