Əsas Səhifə > Təhsil > Firudin Qurbanov BDU-nun rektoru vəzifəsinin icrasına başlayıb
Firudin Qurbanov BDU-nun rektoru vəzifəsinin icrasına başlayıb24-12-2018, 13:28 |
|
Təhsil nazirinin müavini Firudin Qurbanov Bakı Dövlət Universitetinin rektoru vəzifəsinin icrasına başlayıb. Rubrika.Az bildirir ki, bu barədə “Report”a BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib. O, dekabrın 22-də universitetin prorektorları və müşavirlərlə görüşərək müvafiq müzakirələr aparıb, tapşırıqlar verib. Qeyd edək ki, təhsil nazirinin müavini F.Qurbanov dekabrın 21-də BDU-ya rektor əvəzi təyin edilib. Bu barədə təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb. F.Qurbanov eyni zamanda təhsil nazirinin müavini vəzifəsində qalacaq. Xatırladaq ki, Prezident İlham Əliyevin noyabrın 15-də imzaladığı sərəncamla Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib. Rektor səlahiyyətlərinin icrası isə 1 ay müddətinə universitetin tədris işləri üzrə prorektoru İradə Əliyevaya həvalə edilmişdi. Rubrika.Az Geri qayıt |