Əsas Səhifə > Hadisə > Gün ərzində 83 cinayət faktı qeydə alınıb

Gün ərzində 83 cinayət faktı qeydə alınıb


24-12-2018, 14:41
Gün ərzində 83 cinayət faktı qeydə alınıb

Dekabrın 23-dən 24-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyindən musavat.com-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 83 cinayət faktı qeydə alınıb, onların da 11-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 6 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb.

Rubrika.az
Geri qayıt