Əsas Səhifə > Hadisə > Metronun “28 May” stansiyasındakı gərginliyin səbəbi AÇIQLANDI

Metronun “28 May” stansiyasındakı gərginliyin səbəbi AÇIQLANDI


24-12-2018, 20:31
Metronun “28 May” stansiyasındakı gərginliyin səbəbi AÇIQLANDI

Bu gün axşam saatlarında "Bakı Metropoliteni"nin "28 May" stansiyasının əsas girişi qısamüddətli bağlanıb. Rubrika.Az xeber verir ki, bu barədə Modern.az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.


O bildirib ki, buna səbəb stansiyada sərnişinlərin təhlükəsizliyinin təmin edilməsidir: "Pik saatlara görə stansiyada sərnişin sıxlığı müşahidə edilib. Sıxlıq yarandığı üçün qaydalara uyğun olaraq sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə stansiyanın əsas girişi saat 19:00 radələrində 5 dəqiqəlik bağlanıb. Sərnişin sıxlığı aradan qaldırıldıqdan sonra yenidən stansiyaya girişə icazə verilib. Hazırda qatarların hərəkətində heç bir problem yoxdur".

Rubrika.Az
Geri qayıt