Əsas Səhifə > Hadisə > Borclu qismində axtarışda olan daha 17 nəfər saxlanıldı
Borclu qismində axtarışda olan daha 17 nəfər saxlanıldı25-12-2018, 11:46 |
![]() Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, dekabrın 24-də ölkədə 123 cinayət faktı qeydə alınıb, onların da 12-si “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən, mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Ölkənin avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb. Rubrika.az Geri qayıt |