Əsas Səhifə > Hadisə > Bakıda bankda saxta pulları dəyişmək istəyən şəxs tutulub
Bakıda bankda saxta pulları dəyişmək istəyən şəxs tutulub25-12-2018, 12:19 |
![]() Bakıda bankda saxta pulları dəyişmək istəyən şəxs tutulub. Bu barədə "Report"a DİN mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində saxta pul dəyişmək istəyən şəxs cinayət başında yaxalanıb. Belə ki, dekabrın 24-də Yasamal rayonu ərazisindəki bankların birinin filialında 3 ədəd 100 manatlıq saxta əskinası dəyişmək istəyən şəxs orada xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 27-ci Polis Bölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhər sakini Sübhan Əhədov olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |