Əsas Səhifə > Dünya > Tehran: Sanksiyalar İranda həyat səviyyəsinə mənfi təsir etsə də, ABŞ məqsədinə çatmayacaq

Tehran: Sanksiyalar İranda həyat səviyyəsinə mənfi təsir etsə də, ABŞ məqsədinə çatmayacaq


25-12-2018, 16:54
Tehran: Sanksiyalar İranda həyat səviyyəsinə mənfi təsir etsə də, ABŞ məqsədinə çatmayacaq

Vaşinqtonun Tehrana qarşı sanksiyaları İranda həyat səviyyəsinə mənfi təsir göstərsə də, ABŞ məqsədinə çata bilməyəcək.

RUBRİKA.AZ-ın Trend-ə istinadən məlumatına görə, bunu İran İslam Respublikasının Prezidenti Həsən Ruhani bəyan edib.

H.Ruhani bildirib ki, İran hökuməti parlamentin, xalqın və ali liderin dəstəyi ilə çətinliklərin öhdəsindən gələcək: "Birləşmiş Ştatlar isə məğlubiyyətə düçar olacaq".

Prezident əlavə edib ki, ABŞ-ın əsas məqsədi İranı diz çökdürməkdir: "Birləşmiş Ştatların məhdudlaşdırıcı tədbirləri beynəlxalq razılaşmaları pozur və birbaşa İran xalqına, regionun əhalisinə və beynəlxalq təşkilatlara qarşı yönəlib".

RUBRİKA.AZ
Geri qayıt