Əsas Səhifə > Hadisə > Qaradağda su olmayacaq
Qaradağda su olmayacaq25-12-2018, 19:19 |
|
Bakının Qaradağ rayonunun bir hissəsinə içməli suyun verilməsi məhdudlaşdırılacaq. Bu barədə Oxu.Az-a “Azərsu” ASC-dən bildirilib. Məlumatda deyilir ki, Kür-Bakı magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün saat 22:00-dan etibarən 24 saat ərzində Səngəçal, Ümid, Sahil, Qızıldaş, AZNS, Lökbatan, Puta, Korgöz qəsəbələrində su olmayacaq. Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir. Rubrika.Az Geri qayıt |