Əsas Səhifə > Hadisə > Angela Merkel: “Fransız etirazçılara dəstək vermək?...Bu ki biabırçılıqdır”

Angela Merkel: “Fransız etirazçılara dəstək vermək?...Bu ki biabırçılıqdır”


25-12-2018, 20:01
Angela Merkel: “Fransız etirazçılara dəstək vermək?...Bu ki biabırçılıqdır”

Solçu lider: “Almanlar “sarı gödəkçəlilər”dən nümunə götürməlidir”

Almaniya sol qüvvələri fraksiyasının lideri Sahra Veqenknext (Sahra Wagenknecht) Fransada etiraz aksiyası keçirən “sari gödəkçəlilər” hərəkatına dəstək verib. Əyninə sarı gödəkcə geyərək ekran qarşısına çıxan xanım Almaniyanın N-TV kanalında qısa çıxışı zamanı bəyan edib ki, Fransada başlayan etiraz hərəkatı almanlar üzün nümunə olmalıdır. “Biz də eyni düşüncəyə köklənməliyik”, deyən solçu fraksiya lideri vurğulayıb ki, Fransa prezidenti Emmanuel Makron varlıların iqtidarını təmsil edir. Almanlar da fransızlar kimi varlıları təmsil edən hökumətə qarşı etiraza qalxmalıdır. Onun fikrincə, Fransada etiraz edənlər səsi eşidilməyənlərərdir. Halbuki o səsi eşitmək lazım idi: “Onlar küçələrə çıxdılar. Etiraz etdilər və müəyyən güzəştlər də qazandılar. Düşünürəm ki, biz də Almaniyada varlıların hökuməti ilə eyni dildə danışmalıyıq”.

Almaniyada geniş rezonans doğurmuş dizel skandalına diqqət çəkən xanım siyasətçiyə görə: “Avtomobil şirkətləri gəlir əldə etməkdə davam edirlər. Ancaq dizel yanacağından istifadə edən kasıb maşın sahibləri öz köhnə avtomobilləri ilə çıxılmaz vəziyyətə düşüblər. Buna baxmayaraq, onlar daha çox pul ödəməli olacaqlar”.

“Bizə Almaniyada da küçələrə axışmağa hazır olan insanlar lazımdır”, Sahra Veqenknext 75 saniyəlik çıxışının sonunda belə deyib.

N-TV vurğulayıb ki, Fransada baş verən etirazlar zamanı zorakılığın həddən artıq çox olması haqqında isə xanım siyasətçi bir söz deməyib.

Almaniya Kansleri Angela Merkel isə, yerli solçuları Fransadakı etiraz hərəkatından uzaq durmağa çağırıb. Kansler bildirib ki, “sarı gödəkcəlilərə” sonsuz dəstək sərgiləmək biabırçılıqdır.

Qeyd olunur ki, Sara Veqenknext-in bu çağrışı yerli solçular tərəfindən xüsusi rəğbətlə qarşılanmayıb. Solçuların digər lideri Bernd Riexinger bu çağrışa qarşı çıxıb.

N-TV onu da qeyd edir ki, Sara Veqenknext-in rəhbərlik etdiyi "Aufstehen" (ayağa qalx) hərəkatının 167 min üzvü var.



Rubrika.Az
Geri qayıt