Əsas Səhifə > Hadisə > Tehranda avtobus qəzaya uğrayıb, 8 nəfər ölüb, 28 nəfər yaralanıb

Tehranda avtobus qəzaya uğrayıb, 8 nəfər ölüb, 28 nəfər yaralanıb


25-12-2018, 20:15
Tehranda avtobus qəzaya uğrayıb, 8 nəfər ölüb, 28 nəfər yaralanıb

İranın paytaxtı Tehran şəhərində içərisində Azad Elmi-Tədqiqat Universitetinin tələbləri olan avtobusun qəzaya düşməsi nəticəsində 8 tələbə ölüb, 28-i yaralanıb.

Rubrika.Az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu ali təhsil müəssisəsinin elmi-tədqiqat bölməsinin rəhbəri Reza Məsudi deyib.

Onun sözlərinə görə, yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Rubrika.Az
Geri qayıt