Əsas Səhifə > Hadisə > Cinayət Məcəlləsinin 3 maddəsi ilə axtarışda olan şəxs saxlanılıb

Cinayət Məcəlləsinin 3 maddəsi ilə axtarışda olan şəxs saxlanılıb


26-12-2018, 14:42
Cinayət Məcəlləsinin 3 maddəsi ilə axtarışda olan şəxs saxlanılıb

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3 maddəsi ilə axtarışda olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 180-ci (Soyğunçuluq), 182-ci (Hədə-qorxu ilə tələb etmə) və 332-ci (Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələri ilə axtarışda olan İsgəndər Quliyev saxlanılıb.

Rubrika.Az
Geri qayıt