Əsas Səhifə > Hadisə > Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub26-12-2018, 16:20 |
|
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub. FHN-dən verilən məlumata görə, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 62 m² olan 3 otaqlı mənzilin 1 otağında ev əşyaları 12 m² sahədə yanıb. Yüksək temperaturdan mətbəxin, sanitar qovşağın lambirdən ibarət tavanı 11 m² sahədə və 2 ədəd plastik qapı əriyib. Digər otaqlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Rubrika.az Geri qayıt |