Əsas Səhifə > Hadisə > Ukrayna Rusiyanın hakim siyasi təşkilatlarına qarşı sanksiyaları gücləndirib
Ukrayna Rusiyanın hakim siyasi təşkilatlarına qarşı sanksiyaları gücləndirib26-12-2018, 22:45 |
![]() Ukrayna Rusiyanın siyasi partiyalarına və onların rəhbərliyinə qarşı sanksiyalar tətbiq edəcək. Siyahıda ilk sırada hakim “Vahid Rusiya” və Vladimir Jirinovskinin Liberal-Demokrat partiyası dayanır. Musavat.com Ukrayna mediaısna istinadən xəbər verir ki, bu barədə prezident Pyotr Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasında bəyan edib. O, Rusiya Dövlət Dumasının həmin partiyalara mənsub bir çox deputatının bu sanksiya siyahısına daxil olunacağının anonsunu verib. Qeyd olunur ki, bundan daha öncə, rəsmi Kiyev bu ilin iyun ayında Rusiyanın 5 partiyasını sanksiyaya məruz qoymuşdu. Həmin siyahıya Rusiya Kommunist partiyası, “Vətən” partiyası, Rusiya Demokrat parityası, Rusiya Vətənpərvərləri partiyası, Rusiya Aqrar partiyası kimi təşkilatlar salınıb. Bundan başqa Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası və onun sədri Ella Pamfilova ilə bağlı da eyni məhdudlaşdırıcı tədbirlər görülüb (Krımda seçki keçirildiyi üçün). Xatırladaq ki, avqust ayında rəsmi Kiyev Krımın işğalını qüvvətləndirən layihələrdən sayılan, Kerç boğazından keçən körpünün tikintisində iştirak edən 19 hüquqi şəxs haqqında cəzalandırma paketini təsdiq etmişdi. Bu il dekabrın 18-də isə Ukrayna Krım və Şərqi Ukraynanın işğal olunmuş ərazisində iş görən Rusiya şirkətlərini sanksiya tədbirləri ilə cəzalandırıb. Rubrika.Az Geri qayıt |