Əsas Səhifə > Hadisə > Gəncədə piyadanı avtomobil vurub
Gəncədə piyadanı avtomobil vurub26-12-2018, 23:35 |
|
Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Rubrika.Az "Report"a istinadən xəbər verir ki, Nizami Gəncəvi prospektində yolu qarşı tərəfə keçmək istəyən Fariz Cavadzadəni maşın vurub. O, hadisəni törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |