Əsas Səhifə > Hadisə > 39 yaşlı kişi mənzildə ölü tapılıb

39 yaşlı kişi mənzildə ölü tapılıb


27-12-2018, 23:15
39 yaşlı kişi mənzildə ölü tapılıb

Səbaildə kişi meyiti tapılıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1979-cu il təvəllüdlü Qurbani Həmid Əjdər oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Rubrika.Az
Geri qayıt