Əsas Səhifə > Hadisə > Ali Məhkəmə keçmiş MTN polkovnikinin kassasiya şikayətini təmin etməyib
Ali Məhkəmə keçmiş MTN polkovnikinin kassasiya şikayətini təmin etməyib28-12-2018, 10:37 |
|
Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Rubrika.Az-ın "Report"a istinadən xəbərinə görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib. Qeyd edək ki, M.Əsgərov zərərçəkmişlərdən hədə-qorxu yolu ilə pul tələb etmək və digər ağır cinayətlərdə ittiham olunub. Bakı Hərbi Məhkəməsinin hökmü ilə M.Əsgərov 4 il müddətinə azadlıqdan məhrum edilib. Höklmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə M.Əsgərovun 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilib. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Rubrika.Az Geri qayıt |