Əsas Səhifə > Hadisə > Cəlilabdda yük maşını qəza törədib, xəsarət alan var

Cəlilabdda yük maşını qəza törədib, xəsarət alan var


28-12-2018, 10:53
Cəlilabdda yük maşını qəza törədib, xəsarət alan var

Cəlilabad rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə yeni Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "QAZel" markalı yük avtomobili idarəetmədən çıxaraq yol kənarında dayanmış "VAZ-2107" markalı minik avtomobilinə çırpılıb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü Lənkəran rayon sakini, 1977-ci il təvəllüdlü Qurban Akif oğlu Məmmədov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Rubrika.Az
Geri qayıt