Əsas Səhifə > Müsahibə > Putin yenə Nikola müraciətdə səhv etdi: qəsd, yoxsa?... - TƏHLİL

Putin yenə Nikola müraciətdə səhv etdi: qəsd, yoxsa?... - TƏHLİL


28-12-2018, 11:33
Putin yenə Nikola müraciətdə səhv etdi: qəsd, yoxsa?... - TƏHLİL

Moskva ilə Ermənistan arasındakı münasibətlərin dinamikasının saxlanılmasına ümid edirik.

Rubrika.az Axar.az-a istinadla xəbər verir ki, bunu dünən Vladimir Putinlə görüşü zamanı Ermənistan baş nazirinin səlahiyyətlərinin icraçısı Nikol Paşinyan deyib. Görüş zamanı Paşinyan Putinlə keçirdiyi görüşlərin sayını unutduğunu bildirib:

“Mən artıq görüşlərimizin hesabını itirmişəm. Mənə hava limanında dedilər ki, mən Rusiya Federasiyasını ən çox ziyarət edən xarici liderlərdən, daha dəqiq desək, üç liderdən biriyəm. Məncə, bu bizim xüsusi strateji münasibətlərimizin kontekstini göstərir. Əminəm ki, münasibətlərimizdə dinamika daha da inkişaf edəcək. Gələn il biz sizin Ermənistana rəsmi səfərlə gələcəyinizi gözləyirik”.

Paşinyan görüş zamanı Avrasiya İttifaqına inteqrasiyada İrəvanın bundan sonra da maraqlı olacağını bildirib.

Putin isə öz növbəsində iki ölkə arasında ticarət dövriyyəsinin artdığını söyləyib. O, Ermənistan-Rusiya münasibətlərini xarakterizə etməyə ehtiyacın olmadığını, bu münasibətlərin əsl müttəfiqlik üzərində qurulduğunu vurğulayıb. Keçən il ölkələr arasında ticarət dövriyyəsinin 30% artmasını və xarici iqtisadi əməkdaşlıqda Rusiyanın hələ də Ermənistanın əsas tərəfdaşı olmasını xatırladan Putin bunu qorumaq üçün Moskvanın hər şeyi etməyə hazır olduğunu söyləyib.

Rus lider görüş zamanı KTMT çərçivəsində əməkdaşlıq məsələsinə də toxunub. Onun sözlərinə görə, Moskva və İrəvan təhlükəsizlik sferasında əməkdaşlığı qoruyub saxlamalıdırlar.

Putin həmçinin bu görüş zamanı Paşinyanı Ermənistanda keçirilən növbədənkənar parlament seçkisindən (dekabrın 9-u) bu yana ilk dəfə təbrik edib. O, Paşinyana öz planlarını reallaşdırması üçün uğurlar arzu edib.

Günün ən maraqlı məqamlarından biri Putinin yenə Paşinyana müraciəti zamanı onun atasının adını səhv söyləməsi olub. Bu dəfə də Putin Paşinyana “Nikol Vovayeviç” yerinə “Vladimiroviç” deyə müraciət edib.

Dünən görüşdən sonra İrəvana qayıdan Paşinyan dərhal Feysbuk vasitəsilə canlı yayıma çıxıb. O, Moskva-İrəvan münasibətlərində qarşılıqlı anlayış olduğunu deyib. Paşinyan Putinlə görüşün pozitiv keçdiyini və Putinlə iki ölkə rəhbərliklərinin əməkdaşlıq formatını müzakirə etdiyini də söyləyib:

“Görüşün əvvəlində dediyim kimi, bizim Rusiya prezidenti ilə görüşlərimiz tez-tez baş tutur. Bu münasibətlərimizin xüsusi və strateji xarakterinə şahidlik edir”.

O, görüş zamanı bütün məsələləri, o cümlədən Qarabağın həlli məsələsini müzakirə etməyə vaxt çatdıra bilmədiklərini deyib. Erməni baş nazir KTMT baş katibi məsələsiylə bağlı qısa müzakirə apardıqlarını bildirib.

“Bizim mövqeyimiz odur ki, institusional qərarlar lazımdır, KTMT nizamnaməsinə vacib dəyişikliklər edilməlidir. Bununla gələcəkdə mübahisələrdən qaçmaq mümkün olacaq”.

Onun sözlərinə görə, Ermənistana satılan qazın qiymətində hələlik heç bir yenilik yoxdur. O, bununla bağlı danışıqların Ermənistanın xeyrinə ola biləcəyini söyləyib.

Rubrika.az
Geri qayıt