Əsas Səhifə > Hadisə > Dostunu öldürən müharibə veteranına 11 il iş verildi
Dostunu öldürən müharibə veteranına 11 il iş verildi28-12-2018, 21:02 |
|
Bakıda qətl törətməkdə təqsirləndirilən Qarabağ döyüşçüsü İlqar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Rubrika.Az Oxu.Az-a istinaden xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, İ. Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, İ. Əliyev ötən il Bakıda tanış olduğu, bir müddət birlikdə yeyib-içdiyi Mirəli Seyidovu qətlə yetirib. Məlumata görə, spirtli içki içdikdən sonra tərəflər arasında mübahisə yaranıb. Əlbəyaxa davadan sonra İlqar Əliyev üzərində olan bıçaqla Mirəli Seyidova bir neçə bıçaq zərbəsi endirərək onu qətlə yetirib. Qeyd edək ki, İ. Əliyev Qarabağ müharibəsinin iştirakçısı olub. Rubrika.Az Geri qayıt |