Əsas Səhifə > Hadisə > Trampın vəkili Trampın prokuroruna qarşı araşdırılma aparılmasını tələb edib

Trampın vəkili Trampın prokuroruna qarşı araşdırılma aparılmasını tələb edib


28-12-2018, 23:35
Trampın vəkili Trampın prokuroruna qarşı araşdırılma aparılmasını tələb edib

ABŞ prezidentinin vəkili, Nyu-York şəhərinin keçmiş meri Rudolf Culiani müvəkkilinin Rusiya ilə əlaqələrini araşdıran xüsusi prokuror Robert Müllerə qarşı təhqiqatın başlanılmasını tələb edib.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, vəkil prokurorun iki işçisi, FTB agentləri Piter Strzoka və Liza Peyc arasında keçən yazışmaların yoxa çıxmasının cinayət olduğunu söyləyib.

“The Hill” saytıının yaydığı məlumata əsasən həmin yazışmalarda hər iki agent ABŞ-ın diki prezidenti haqqında xoşagəlməz ifadələrdən istifadə ediblər.

“Buna görə də həmin yazışmaları Strzokadan silməsini istəyən Müllerə qarşı araşdırma aparılması labüddür. Çünki bu zaman FTB agentlərinin Trampa qaşrı qərəzli münasibət və taktikaları ortaya çıxmış olacaq”, - deyə Culiani bildirib.

ABŞ Ədliyyə nazirliyi baş müfəttişliyinin dəfrtərxanası isə dekabr ayında Peyc və Strzoka arasında 19 min mesajın texniki səbəbdən yoxa çıxdığını müəyyən edib.

Məlum olub ki, əslində bu mesajlar Trampın Müllerə özü haqqında aparılan təhqiqatın materiallarını məxfiləşdirmək haqqında əmrindən sonra itib.

Lakin ABŞ prezidenti hələ də həmin yazıların qəsdən və qeyri-qanuni olaraq yox olunduğunu iddia edir.

Rudolf Culiani Robert Müllerə qarşı araşdırmaya ikinci səbəb olaraq onun təhqiqat üçün saxta dəlillərdən istifadə etməsini göstərib.

Onun sözlərinə görə, Müller ABŞ prezidentinin köməkçilərindən birini dindirmək üçün Britaniya kəşfiyyatçısı K.Stilin dosyelərindən istifadə edib. Rudolf Culiani dosyenin özünü heç bir etibarı olmayan zibil yığını adlandırıb.


Rubrika.Az
Geri qayıt