Əsas Səhifə > Dünya > Səudiyyənin yeni XİN başçısı jurnalistin qətlinə dair açıqlama verib
Səudiyyənin yeni XİN başçısı jurnalistin qətlinə dair açıqlama verib29-12-2018, 10:20 |
|
Jurnalist Camal Qaşıqçının ölümü böhranla deyil, Səudiyyə Ərəbistanındakı dəyişikliklərlə bağlıdır”. “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının yeni xarici işlər naziri İbrahim əl-Assaf “əl-Hurra” telekanalına açıqlamasında bildirib. Qeyd edək ki, jurnalist Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülüb. Kral Salman bin Əbdüləziz al-Səud dekabrın 27-də ölkənin xarici işlər naziri Adil əl-Cübeyri tutduğu vəzifədən azad edib. Rubrika.az Geri qayıt |