Əsas Səhifə > Dünya > ABŞ Prezidentinin müşaviri: “Türkiyəyə səfərimi səbirsizliklə gözləyirəm”
ABŞ Prezidentinin müşaviri: “Türkiyəyə səfərimi səbirsizliklə gözləyirəm”29-12-2018, 10:35 |
|
“Yanvarda İsrail və Türkiyəyə səfərimi səbirsizliklə gözləyirəm”. “Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton deyib. “Səfər zamanı İŞİD-ə qarşı mübarizədən sonra atılacaq addımları və bölgədəki müttəfiqlərlə ortaqların qarşılaşdıqları təhlükəsizlik problemlərini müzakirə edəcəyik”, - o vurğulayıb. Qeyd edək ki, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Türkiyəyə 2019-cu il yanvarın ilk günlərində səfər edəcək. Rubrika.az Geri qayıt |