Əsas Səhifə > Hadisə > Sürücülərin nəzərinə! Diqqətli olun, yollar buz bağlayıb
Sürücülərin nəzərinə! Diqqətli olun, yollar buz bağlayıb29-12-2018, 18:34 |
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın əsas yollarında olan vəziyyətlə bağlı son məlumatı yayıb. Nazirlikdən Modern.az-a verilən məlumata görə, hazırda Şamaxı-Pirqulu, Gədəbəy, Daşkəsən, Hacıkənd istiqamətlərində yollar buz bağlayıb. Şahdağ, Ləzə və Xınalıq istiqamətlərində isə yollar açıqdır. Nazirlik dağlıq rayonlarda gecə və səhər gözlənilən şaxtalı hava şəraitilə bağlı sürücülərə diqqətli olmağı tövsiyə edib. Rubrika.Az Geri qayıt |