Əsas Səhifə > Hadisə > İmişlidə “VAZ”la motosiklet toqquşdu: ölən var
İmişlidə “VAZ”la motosiklet toqquşdu: ölən var29-12-2018, 20:40 |
|
İmişli rayonunun Yalavac kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Dekabrın 28-də saat 07:00 radələrində İmişli rayonunun Yalavac kəndi ərazisində Rəsullu kənd sakini Məhəmməd Kərimovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə kənd sakini Adəm Mirzəmmədovun idarə etdiyi “İj” markalı motosiklet toqquşub. Nəticədə A.Mirzəmmədovun sərnişini Valeh Mehdiyev xəstəxanaya yerləşdirilib və orada ölüb. İmişli RPŞ tərəfindən araşdırma aparılır. Rubrika.Az Geri qayıt |