Əsas Səhifə > Hadisə > Gəncədə avtomobil təmiri sexində partlayış - 1 nəfər xəsarət aldı

Gəncədə avtomobil təmiri sexində partlayış - 1 nəfər xəsarət aldı


29-12-2018, 21:08
Gəncədə avtomobil təmiri sexində partlayış - 1 nəfər xəsarət aldı

Gəncə şəhərinin Nizami rayonunda ümumi sahəsi 30 m² olan tikilinin (avtomobil təmiri sexi kimi fəaliyyət göstərir) içərisində “VAZ” markalı minik avtomobilinin yanacaq çənində təmir işləri aparılan zaman yanğınla nəticələnən partlayış baş verib.

FHN-dən Trend-ə verilən məlumata görə, yanğın nəticəsində tikilidə olan avtomobil ehtiyat hissələri və 1 ədəd oturacaq yanıb.

Hadisə zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı avtomobil və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Fraksiya.Az
Geri qayıt