Əsas Səhifə > Hadisə > Yanvarın 3-nə olan hava proqnozu açıqlanıb
Yanvarın 3-nə olan hava proqnozu açıqlanıb2-01-2019, 15:34 |
![]() Yanvarın 03-ə olan hava proqnozu açıqlanıb. RUBRIKA.AZ ETSN –nin mətbuat xidmətindən göndərilən məlumatı təqdim edir: Bakıda və Abşeron yarımadasında Dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər ayrı-ayrı yerlərdə zəif duman olacağı, gündüz isə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-5°, gündüz 7-10° isti, Bakıda gecə 3-5°, gündüz 8-10° isti təşkil edəcək. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında Əsasən yağmursuz. Lakin gündüz Naxçıvan MR-da və bəzi şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8°, yüksək dağlıq ərazilərdə 12-17° şaxta, gündüz 0-5° isti təşkil edəcə Rubrika.Az Geri qayıt |