Əsas Səhifə > Hadisə > Rusiyada partlayış nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB
Rusiyada partlayış nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB2-01-2019, 16:40 |
|
16:04 Maqnitorskda şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində uçqunların altından daha 2 meyit çıxarıldı. Rubrika.Az Rusiya FHN mətbuat xidmətinə istinadən bildirir ki, beləliklə, faciə qurbanlarının sayı 21-ə çatıb. Xatırladaq ki, həlak olanların arasında 2 uşaq da var. ----------- 13:38 Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb. Cəsədləri tapılan şəxslər arasında 3 yaşlı qız da var. ---------- 10:14 Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb. Rubrika.Az Trend-ə istinadən xəbər verir ki, xilasedicilər dağıntılar altından ümumilikdə 6 meyit çıxardıblar. Onlardan biri uşaqdır. Fövqəladə Hallar Nazirliyinin Çelyabinsk vilayəti üzrə Baş İdarəsinin əməkdaşı bildirib ki, 30 nəfərin taleyi hələ də naməlumdur. Hazırda onların yeri müəyyənləşdirilir. Təqribən 900 nəfərin, 217 ədəd texnikanın cəlb olunduğu xilasetmə işləri davam edir. Rusiya Federasiyasının İstintaq Komitəsi partlayışın qaz sızması səbəbindən baş verməsini əsas versiya kimi qiymətləndirir. Rubrika.az Geri qayıt |