Əsas Səhifə > Hadisə > Biləsuvarda yanğın olub, ev sahibi tüstüdən zəhərlənib
Biləsuvarda yanğın olub, ev sahibi tüstüdən zəhərlənib2-01-2019, 19:40 |
![]() Biləsuvar rayonunda baş verən yanğın zamanı ev sahibi tüstüdən zəhərlənib. “Report”un Aran bürosu xəbər verir ki, hadisə rayon ərazisində məcburi köçkünlər üçün salınmış 7-ci qəsəbədəki 40 nömrəli evdə qeydə alınıb. Belə ki, Cəbrayıl rayon sakini, 1976-cı il təvəllüdlü Əliyeva Yeganə Qara qızına əxsus yarımtikilidə yanğın baş verib. Hadisə yerinə FHN-nin yanğın söndürənləri cəlb olunub. Alovun digər tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı tüstüdən zəhərlənən ev sahibi Y.Əliyeva xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |