Əsas Səhifə > Hadisə > ABŞ Moskvada saxlanılan vətəndaşının geri qaytarılmasını tələb edib
ABŞ Moskvada saxlanılan vətəndaşının geri qaytarılmasını tələb edib2-01-2019, 23:32 |
![]() ABŞ casusluqda şübhəli bilinərək Moskvada saxlanılan amerikalı Pol Uilanın dərhal geri qaytarılmasını tələb edir. Rubrika.Az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeo məlumat verib. O qeyd edib ki, ABŞ vətəndaşının həbsinin səbəbini bilmək istəyir. Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidməti ötən il dekabrın 28-də ABŞ vətəndaşı Pol Uilanı casusluq fəaliyyətinə görə saxlayıb. Rubrika.Az Geri qayıt |